Bu üç sığorta növü üzrə ödənişlər bütün ödəmələrin 88,8%-ni təmin edib

17:11 - 24.05.2022


24 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta sektoru üzrə bəzi göstəricilər məlum olub.

ABC.AZ xəbər verir ki, hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (28 milyon 352,5 min manat), həyatın yaşam sığortası (29 milyon 132,6 min manat) və könüllü tibbi sığorta (25 milyon 484,1 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər.

Yanvar-aprel aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə azalıb.

Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 88,8%-ni təmin edib.

 

Bütün xəbərlər