Neft bahalaşır, Brent barrel başına $114,85 təşkil edir

09:41 - 25.05.2022


25 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü ticarətdə artmaqdadır.

London ICE Futures birjasında keçirilən hərraclarda Brent neftinin iyul fyuçersləri saat 9:26 radələrində $1,29 (1,14%) - barrel başına $114,85-ə qədər bahalaşıb. 24 may ticarətinin nəticələrinə görə, Brent neftinin iyul fyuçersi $0,14 (0,12%) - barrel başına $113,56-ə yüksəldi.

Saat 09:27 radələrində Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin iyul fyuçersi $0,21 (1,10%) - $110,98 - ə qədər artıb. 24 may ticarətinin nəticələrinə görə, WTI neftinin iyul fyuçersi $0,52 (0,47%) - barrel  başına $109,77-a düşdü.

Ötən gün neft ABŞ Energetika Nazirliyinin strateji neft ehtiyatından daha 40,1 mln.barrel neft satmaq niyyəti ilə bağlı bəyanatından sonra ucuzlaşıb.


Bütün xəbərlər