Bank işçilərinin sayı bu qədər artıb - Mərkəzi Bank hesabat açıqladı

10:58 - 25.05.2022


25 may, Fineko/abc.az. Azərbaycanda bank işçilərinin sayı aprel ayında da artmaqda davam edərək 30 Aprel 2022-ci il tarixində 21 min 227 nəfər təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, mart ayının sonu ilə müqayisədə aprel ayında bank sektorunda işləyənlərin sayı 196 nəfər, ötən ilin sonu ilə müqayisədə (ilk 4 ayda) 898 nəfər artıb.

Müqayisə üçün qeyd edək ki, ötən ilin soununda bank sektorunda işləyənlərin sayı 20 min 329 nəfər təşkil etmişdi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər