Yığımları artan və azalan sığorta şirkətləri - Siyahı

11:20 - 25.05.2022


25 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ödənişi və yığımları barədə statistika açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, faizlə ən böyük artım dinamikası “Aqrar Sığorta” və “Meqa Həyat Sığorta” şirkətlərində qeydə alınıb - 3,1 dəfə. “Bakı Sığorta” isə 69% artım dinamikası ilə üçüncü olub.

Artımın həcminə görə, “PAŞA Həyat” sığorta şirkəti 37,7 milyon manat göstərici ilə liderdir. Siyahıda ikinci olan “PAŞA Sığorta”nın yığımları ötən ilin eyni dövrünə nisbətən 8,8 milyon manat, “Xalq Sığorta”nın yığımları isə 3,2 milyon manat artıb.

Yığımları azalan şirkətlər isə “Azərsığorta” (91,7%), “Atasığorta” (65%), “Günay Sığorta” (41,8%), “İpək Yolu Sığorta” (14,2%), “Azsığorta” (8,5%) və “Meqa Sığorta” (7,3%) olub.

Bütün xəbərlər