Azad edilmiş şəhərlərin baş planlarının hazırlanmasına 25 milyon manat vəsait xərclənib

12:02 - 25.05.2022


25 may, Fineko/abc.az. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda - “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunub.

İclasda Maliyyə naziri Samir Şərifov bildirib ki, indiyə qədər Azərbaycanın işğaldan azad edilmiş şəhərlərin baş planlarının hazırlanmasına 25 milyon manat vəsait xərclənib.

Xatırladaq ki, Azərbaycanda ötən il işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 2 200 milyon manat vəsaitin 99%-i və yaxud 2 178,4 milyon manatı istifadə olunub.

 

Bütün xəbərlər