Ötən il müdafiə və təhlükəsizlik xərclərinə əvvəlki illə müqayisədə çox vəsait ayrılıb – Nazir

12:22 - 25.05.2022


25 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilib.

ABC.AZ-ın məlumatına görə, müzakirələrdə iştirak edən Maliyyə naziri Samir Şərifov 2021-ci ildə sosialyönümlü xərclərin ənənəyə uyğun olaraq dövlət büdcəsində xüsusi paya malik olduğunu qeyd edib.

Nazir daha sonra sözlərinə belə davam edib:

"Ötən il müdafiə və təhlükəsizlik xərclərinə də əvvəlki illə müqayisədə çox vəsait ayrılıb. Bunun da xüsusi səbəbi var. 2021-ci ildə ilk dəfə dövlət büdcəsində dövlət sərhədlərinin qorunması, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi kimi məsələlər əksini tapıb, bu xərclər tam qarşılanıb. Təhsil və səhiyyə xərclərinin isə ümumi daxili məhsula (ÜDM) nisbətinin artırıması istiqamətində tədbirlər həyata keçirilib və keçirilməkdədir".

 

Bütün xəbərlər