Sürücülər bu halda 40 manat cərimə edilə bilər

14:56 - 25.05.2022


25 may, Fineko/abc.az. Paytaxtın bir sıra ərazilərində taksilər avtobus dayanacaqlarını zəbt edirlər. Xüsusilə günün pik saatlarında belə hallarla daha çox rastlaşırıq. Nəticədə həm marşrutların intervalında ləngimələr yaranır, həm də sərnişinlər rahat şəkildə ictimai nəqliyyatdan istifadə edə bilmirlər.

ABC.AZ xəbər verir ki, Neftçilər metrosu yaxınlığında yerləşən dayanacaqlarda da oxşar vəziyyət hökm sürür.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Baş İnspektoru Araz Əsgərli "Xəzər Xəbər"ə bildirib ki, Nəqliyyat vasitələrinin nəzərdə tutulmayan yerlərdə, o cümlədən avtobus dayanacaqların saxlanması inzibati xəta hesab edilir.

O, belə hallara qarşı mütəmadi tədbrilərin görüldüyünü və bu halda sürücülərin 40 manat cərimə edilə biləcəyini istisna etməyib.

Problemdən çıxış yolu isə yəqin ki, taksi parklarının yaradılmasıdır. Ancaq bunun nə zaman reallaşacağı hələlik bilinmir.

 

Bütün xəbərlər