2021-ci ilin məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar 109,9% səviyyəsində icra edilib - İdarə rəisi

14:56 - 26.05.2022


26 may, Fineko/abc.az. Ölkədə 2022-ci ilin 1 may tarixinə aktiv əmək müqavilələrinin sayı 1 mln. 691 mindən çox olub. 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 290 minə yaxın artıb. Artımın 80%-i (242 min) məhz islahatın tətbiq olunduğu qeyri-neft özəl sektorun payına düşüb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə vergiler.az qəzetinə müsahibəsində deyib.

"Bundan başqa, 2021-ci ilin məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar 109,9%, o cümlədən qeyri büdcə üzrə 113% səviyyəsində icra edilib.

Qeyri-büdcə üzrə 2021-ci ilin icra göstəricilərini 2019-cu ilin icrası ilə müqayisə etsək, Dövlət Sosial Müdafiə Fonduna 615.6 mln. manat proqnozdan daha çox vəsaitin toplanmasını görə bilərik" - deyə, idarə rəisi əlavə edib.

 

Bütün xəbərlər