Bu şirkət BOKT-a çevrildi - Detallar

16:17 - 26.05.2022


26 may, Fineko/abc.az.  Azərbaycanda ötən il yaradılan maliyyə yönümlü şirkət “Home Finance” MMC kredit təşkilatına çevrilir.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, “Home Finance” MMC bundan sonra “Home Finance Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilib.

“Home Finance BOKT” MMC-nin qanuni təmsilçisi Əmrahov Vüqar Rasim oğludur. Şirkət BOKT-a çevriləndən sonra onun nizamnamə kapitalı 20 manatdan 310 min manata qaldırılıb. Bildiyiniz kimi, Azərbaycan Mərkəzi Bankı tərəfindən minimal tələb nizamnamə kapitalı üçün hazırda 300 min manatdır.

Qeyd edək, bu BOKT hələ ki Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziya əldə etməyib.

 

Bütün xəbərlər