Azərbaycan təbii qazını Avropaya çatdıracaq Yunanıstan-Bolqarıstan interkonnektoru sertifikatlaşdırılıb

17:03 - 26.05.2022


26 may, Fineko/abc.az. Bolqarıstan və Yunanıstanın enerji tənzimləyiciləri Azərbaycan təbii qazını Avropaya, oradan isə Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunu (IGB) sertifikatlaşdırıblar.

ABC.AZ xəbər verir ki, bu barədə Bolqarıstanın "Bulgaria Today" nəşri məlumat yayıb.

Bildirilir ki, interkonnektorun kommersiya istismarı bu ilin iyulun 1-dən sonra başlayacaq: “IGB strateji əhəmiyyət daşıyır və Bolqarıstan və Cənub-Şərqi Avropaya qaz tədarükünü diversifikasiya edərək Yunanıstan və Bolqarıstan qaz ötürücü sistemlərini birləşdirməyə imkan verir.

Bütün xəbərlər