Azərbaycanda kibertəhlükəsizlik məhsulları istehsal edilə bilər

10:15 - 27.05.2022


27 may, Fineko/abc.az. Türkiyə kibertəhlükəsizlik məhsullarının istehsalında Azərbaycana dəstək göstərmək istəyir.

ABC.AZ xəbər verir ki, bunu Report-a açıqlamasında Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin müşaviri Alpaslan Kəsici deyib.

Onun sözlərinə görə, azərbaycanlı qardaşlarımıza 44-günlük Vətən müharibəsində dəstək göstərdik: “Eyni şəkildə, kibertəhlükəsizlik məhsullarının istehsalında da dəstək göstərmək istəyirik. Kibertəhlükəsizlik istiqamətində xarici məhsulların istifadəsinin yerinə alternativ olaraq azərbaycanlı gənclərlə birlikdə inkişaf etdirdiyimiz məhsulları istifadə edəcəyik. Bir neçə ilə bu məhsulların istifadəsi mümkün olacaq”.

Bütün xəbərlər