Neft bahalaşır, Brent barrel başına $117,53 təşkil edir

09:50 - 27.05.2022


27 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə günü keçirilən ticarətdə artmaqdadır.

London ICE Futures birjasında keçirilən hərraclarda Brent neftinin iyul fyuçersləri saat 09:29-da $0,13 (0,11%) - barrel başına $117,53-ə qədər bahalaşıb. 26 may ticarətinin nəticələrinə görə, Brent neftinin iyul fyuçersi $3,37 (2,96%) - barrel başına $117,40-ə yüksəldi.

Saat 09:38-də Nyu - York əmtəə birjasında (NYMEX) keçirilən ticarətdə WTI neftinin iyul fyuçerslərinin qiyməti $0,04 (0,04%) - $114,13 barrel başına artıb. 26 may ticarətinin nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti $3,76 (3,41%) - barrel başına $114,09-a yüksəldi.


Bütün xəbərlər