Bu BOKT 236 min manatdan çox xalis zərər edib

11:14 - 27.05.2022


27 may, Fineko/abc.az. “İcraçı Kredit Agentliyi” MMC BOKT 2021-ci ili 236 min 102 manat xalis zərər ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 761 min 630 min manat xalis zərər ilə bağlamışdı.

Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə təşkilatın zərəri 3,2 dəfə azalıb. ABC.AZ xəbər verir ki, “İcraçı Kredit Agentliyi”nin faiz gəlirləri 2020-ci ildə 87 min 751 manat ikən, 2021-ci ildə 83 min 913 manat təşkil edib. 

Xalis zərər kredit itkiləri üzrə ehtiyata ayırma ilə əlaqədardır. 2020-ci ildə ehtiyata 762 min 552 manat, 2021-ci ildə isə 237 min 881 manat ayrılıb. Ötən il  “İcraçı Kredit Agentliyi”nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 20% azalaraq 939 min 401 manata düşüb. 

 

Bütün xəbərlər