Obyektlərin alqı-sarqısı zamanı ƏDV qaytarılacaqmı?

11:36 - 27.05.2022


27 may, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyev yaşayış və qeyri-yaşayış yerlərinin alqı-satqısı zamanı ƏDV-nin geri qayrarılması ilə bağlı Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, fərmanın məğzini "ARB24"də yayımlanan "İş Vaxtı" verilişində qonaq olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc izah edib. Fərmanda göstərilir ki, bu, hissə-hissə ödənilməsi mümkün olan həmin obyektlərə də şamil olunur.

"Amma bu proses yekunlaşandan sonra. Yəni bir hissə ödəniş edildikdən sonra onun ƏDV-si geri qaytarılmır" - deyə V.Oruc qeyd edib. Ekspert əlavə edib ki, tam ödəniş barədə yəqinlik hasil olduqdan sonra həmin hissə geri qayıda bilər: "Tamamilə obyektin dəyəri ödənilməlidir. Alqı-satqı baş verməli, müvafiq sənədlər protala təqdim edilməli, qəbz verilməlidir. Bundan sonra 30 gün müddətində ƏDV-nin bir hissəsi geri qayıdır".

Bütün xəbərlər