Bu ilin 1 mayına qədər 228,5 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb

12:16 - 27.05.2022


27 may, Fineko/abc.az. 2022-ci ilin 1 may tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 573.199.160 kassa çeki üzrə 228,5 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov “vergiler.az” saytına müsahibəsində deyib.

O qeyd edib ki, bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb.

 

Bütün xəbərlər