“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

16:52 - 1.06.2022


1 iyun, Fineko/abc.az. Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 20 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki,  hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 20 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb.

Qiymətli kağızlar premium bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 9 investor qiymət intervalı 1000 manat (6%), ümumi məbləği isə 20 milyon manat olan 9 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.

Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti isə 1 000 manat (6%) müəyyən olunub.

Qiymətli kağızlar 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

 

Bütün xəbərlər