“Finex Kredit” ASC BOKT-un səhmdarlarından biri səhmlərini satıb

17:07 - 1.06.2022


1 iyun, Fineko/abc.az. “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının adi səhmlərinin 6,75%-nə nəzarət edən Tahir Namazov payını satıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatından məlum olur. Sənədə əsasən, onun payını Rövşən Məmmədov alıb.

BOKT-un adi səhmlərinin qalan hissəsi əvvəlki qaydada Şəlalə Tağıyevaya (18,95%), Ramina Allahverdiyevaya (18,25%), Azad Cəbrayılova (15,63%), Mobil Şərifova (14,83%), Tokay Şıxəlizadəyə (14,08%), Tofiq Cəfərova (4,63%), Azər Hacıyevə (3,25%), Gülnarə Tağıyevaya (2,03%) və Sevil Hidayətovaya (1,63%) məxsusdur.

Bütün xəbərlər