Bu tədris ilində 58 739 şagird məktəbi bitirib

16:35 - 8.06.2022


8 iyun, Fineko/abc.az. 2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərini 58 739 şagird məktəbi bitirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ABC.AZ-a verilən məlumata görə, cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 470 517 şagird təhsil alıb.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 29 115 müəllim fəaliyyət göstərir. 2021-2022-ci tədris ilində paytaxt üzrə 275 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1 070 məktəbəhazırlıq qrupuna 25 484 uşaq cəlb olunub.

Bütün xəbərlər