Azərbaycanlı oliqarxın milyonluq biznesi əlindən çıxdı

17:12 - 8.06.2022


8 iyun, Fineko/abc.az. Rusiyada yaşayıb, fəaliyyət göstərən milyarder Qod Nisanov böyük məbləğli biznesini itirib.

ABC.AZ-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Qod Nisanov "Olimpiyski" idman kompleksinin direktorlar şurasının sədri vəzifəsini tərk etmək və bütün layihə idarəetmə orqanlarından çıxmaq qərarına gəlib.

Qeyd edək ki, buna səbəb kimi biznesmenin iyunun əvvəlində ABŞ-ın şəxsi sanksiyalarına məruz qalması göstərilir.

Xatırladaq ki, şirkətin yeni sahibləri onun yenidən dirçəlməsi üçün layihəyə ən azı 300-400 milyon dollar sərmayə qoymağı planlaşdırır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər