“Azərsığorta” şirkəti fasiləsiz iş rejiminə keçib – Yeni qrafik

12:21 - 9.06.2022


9 iyun, Fineko/abc.az. “Azərsığorta” Dövlət Sığorta Şirkəti fasiləsiz iş rejiminə keçib.

Bu barədə ABC.AZ-a şirkətin mətbuat katibliyindən məlumat verilib.

Məlumatda deyilir ki, iş günlərində sığorta xidmətləri üçün “Azərsığorta” Dövlət Sığorta Şirkətinə gələ bilməyən müştərilər, həftə içi nahar vaxtı saat 13:00-14:00-dək, şənbə günləri isə saat 10:00-dan 14:00-dək (C.Məmmədquluzadə küç. 102A - City Point Biznes Mərkəzi) ofisinə yaxınlaşa bilər.

Bütün xəbərlər