Güzəştli kreditlər üzrə ən çox nu sahələrə vəsait ayrılıb

15:03 - 9.06.2022


9 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu günədək müvəkkil kredit təşkilatları vasitəsilə 41 300-dək layihə maliyyələşdirilib və 2,7 milyard manatdan artıq güzəştli kredit vəsaiti ayrılıb.

ABC.AZ xəbər verir ki, məbləğ üzrə kreditlərin 60,5%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 26,1%-i sənaye məhsullarının istehsalı və emalı, 2,2%-i turizmin inkişafı, 11,1%-i isə xidmət sahələrinin inkişafına yönəldilib.

Verilmiş güzəştli kreditlər əhalinin məşğulluq səviyyəsinin artırılmasında vacib rol oynayır. 2002-2022-ci illər ərzində verilmiş güzəştli kreditlərlə reallaşdırılan layihələr hesabına kənd təsərrüfatı sahəsində təqribən 113 min, sənaye sahəsində 50 min, turizm və xidmət sahələrində isə 14 minədək insanın işlə təmin olunması imkanı yaranıb. 2002-2022-ci illər ərzində güzəştli kreditlərin regionlar üzrə bölgüsündə layihə sayı üzrə 6,5% Bakı şəhəri və ətraf qəsəbələrin, 93,5 isə regionların payına düşür.

Məbləğ üzrə kreditlərin 25,6%-i Bakı şəhəri, 74,4%-i isə digər regionlarda fəaliyyət göstərən biznes subyektlərinə verilib.

Bütün xəbərlər