Azərbaycanda taxıl biçininə 1000-ə yaxın kombayn cəlb edilib

15:40 - 9.06.2022


9 iyun, Fineko/abc.az. Azərbaycanda taxıl biçininə start verilib. Bu il ölkədə 1 milyon 019 min 934 hektar sahədə payızlıq taxıl əkini aparılıb.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a bildirilib ki, əkin sahələrinin 606 min 338 hektarını buğda, 413 min 596 hektarını isə arpa sahələri təşkil edir.

Hazırda Azərbaycanın 38 rayonunda arpa biçini aparılır. Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. İyunun ikinci ongünlüyündə isə bu bölgələrdə buğda biçininə start veriləcək.

İyunun 9-na olan operativ məlumata görə, biçin prosesinə 986 taxılbiçən kombayn cəlb olunub.

Bütün xəbərlər