Əli Əsədov nazirləri topladı - Hansı məsələlər müzakirə edilib?

11:27 - 10.06.2022


10 İyun, Fineko/abc.az. Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycanın mövcud tranzit imkanlarının inkişafına dair iclas keçirilib.

ABC.AZ xəbər verir ki, iyunun 9-u baş tutan iclasda sahə üzrə məsul şəxslər, müvafiq nazirliklərin və dövlət şirkətlərinin rəhbərləri iştirak ediblər.

İclas zamanı beynəlxalq yükdaşımalar sahəsində mövcud vəziyyət və proqnozlar təhlil edilib, Azərbaycanın bütün yük kateqoriyaları üzrə buraxıcılıq imkanlarını genişləndirmək üçün hüquqi, administrativ və texniki məsələlər, habelə yükdaşımalar sahəsində iqtisadi səmərəliliyin artırılmasına dair müzakirə aparılıb. Müvafiq qurumlara konkret tapşırıqlar verilib.

Bütün xəbərlər