Bakıda 2 ayrı ərazidə qanunsuz tikinti aşkarlandı - İnşaatın qarşısı alındı

12:11 - 10.06.2022


10 iyun, Fineko/abc.az. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində sahibi məlum olmayan ərazidə müvafiq icazəverici sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bundan əlavə, Agentliyin mütəxəssisləri tərəfindən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində vətəndaş Emil Səməndərov tərəfindən müvafiq icazəverici sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı aşkar edilib.

Hər iki qanunsuz tikinti işləri dayandırılıb və obyektlər nəzarətə götürülüb.


Bütün xəbərlər