Naxçıvanda cəmisi 252 işsiz insan var?

10:26 - 13.06.2022


13 iyun, Fineko/abc.az. Azərbaycanda 314,9 min nəfər işsiz insan olub.

ABC.AZ index-ə istinadən xəbər verir ki, işsiz insanların sayı iqtisadi fəal əhalinin 6%-ni təşkil edib.

Məlumat üçün bildirək ki, Azərbaycan bu göstəriciyə görə dünya ölkələri arasında orta sıralarda yer alır. Hazırda işsizlərin ən çox olduğu ölkə Konqo hesab olunur. Bu ölkədə iqtisadi fəal əhalinin təxminən yarısı – 46,1%-i işsizdir. İşsizlərin ən az olduğu ölkə isə Qətərdir və bu ölkədə iqtisadi fəal əhalinin cəmi 0,1%-i işsizdir.

Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikası işsizlərin sayının az olmasına görə dünyada ilk sırada yer alır.  Statistika Komitəsinin məlumatına görə Muxtar Respublikada cəmi 252 işsiz insan var və bu, iqtisadi fəal əhalinin cəmi 0,09%-nə bərabərdir.

Bütün xəbərlər