Təhsil nazirliyi Ramiz Mehdiyevin şirkətini 36 milyon manatlıq tenderin qalibi etdi

13.06.2022,10:42


13 iyun, Fineko/abc.az. "Təhsil Nazirliyi yeni tədris ilinin ən böyük tenderini AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin biznes imperiyasına daxil olan “Şərq-Qərb” ASC-yə verib. Belə ki, Nazirlik 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub və sözgedən ASC qalib elan edilib. Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat ödəniləcək".

ABC.AZ Yenisabah.az-a istinadən xəbər verir ki, bunu deputat Etibar Əliyev deyib.

Deputat daha sonra bunları deyib: “Şərq-Qərb” poliqrafiya şirkəti səhmdar cəmiyyətinə çevrildikdən sonra Ramiz Mehdiyevin tam nəzarətindədir. Və bu Nəşriyyat Milli Ensiklopediyanın bir mərtəbəsini qanunsuz olaraq zəbt edib".

E.Əliyev sonda ritorik sual verməyi də unutmayıb: "Görəsən bu məbləğdən vasitəçi Məhəbbət Vəliyevanın və işıqlı "Kaspi"çilərin payı nə qədərdir?"