Azərbaycanda ən az pul xərcləyən xarici vətəndaşlar - Siyahı

12:17 - 13.06.2022


13 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycana səyahət zamanı ümumilikdə ən çox pul xərcləyən ölkələr sırasında ilk yeri Türkiyə (59 862 000) tutur.

ABC.AZ xəbər verir ki, hər türkiyəli turist Azərbaycanda orta hesabda 1 083 manat, rusiyalı turist 962 manat, iranlı turist isə 840 manat xərcləyib.

Azərbaycana səfər edərək adambaşına ən çox pul xərcləyən turistlər isə Kanada (2800 manat), ABŞ (2700 manat), Birləşmiş Ərəb Əmirlikləri (2500 manat) və Qətər (2600 manat) turistləridir. Ümumiyyətlə, ərəb turistləri ölkədə ən çox vəsait xərcləyənlər hesab oluna bilər – əksər ərəb turistlərinin xərclədiyi məbləğ 2 min manatdan artıqdır. Ən az pul xərcləyən ərəb turistləri İraq və Suriyadan gələnlərdir- adambaşına təqribən 1400-1500 manat.

Ölkədə adambaşına ən az pul xərcləyən isə Gürcüstandan gələn turistlərdir. 11 976 nəfər turist ümumilikdə 5 868 000 manat xərcləyib. Bu isə hər adambaşına 490 manat xərc deməkdir.  

Bütün xəbərlər