Turist Bakıdakı “Aysberg” hotelində öldü

15:54 - 13.06.2022


13 iyun, Fineko/abc.az. Bakıda hoteldə ölüm hadisəsi baş verib.

ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki,Səbail rayonu, Şıxov qəsəbəsi Salyan şosesində yerləşən “Aysberg” hoteldə Qətər vətəndaşı, 1976-cı il təvəllüdlü Safya Jabir Braid dünyasını dəyişib.

Bildirilir ki, 46 yaşlı qadın iyunun 10-da ailəsi ilə birlikdə Qətərdən Bakıya turist kimi gəlibmiş. İlkin ehtimala görə, S.Braid xəstəlikdən vəfat edib.

Ölüm faktı ilə əlaqədar Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər