Qubadakı “Babaçay” və “Qonaqkənd” qum-çınqıl yataqları satışa çıxarılacaq

14:07 - 14.06.2022


14 iyun, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 22-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda 20 lot üzrə Quba rayonunda yerləşən “Babaçay” və “Qonaqkənd” qum-çınqıl yataqları satışa çıxarılacaq.

Qeyd edək ki, bu rayonda keçiriləcək ilk hərrac olacaq. Başlanğıc qiyməti 6 000- 10 000 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Istiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər.

Tələb olunan sənədlərin siyahısı ilə Agentliyin rəsmi internet səhifəsində “Hərraclar” bölməsində tanış ola bilərsiniz ( www.meda.gov.az).

 

Bütün xəbərlər