Bakıda məşhur otel satışa çıxarıldı - Məbləğ göz qamaşdırdı

10:18 - 16.06.2022


16 iyun, Fineko/abc.az. Bakıda məşhur hotellərdən olan “Qafqaz Baku City Hotel” satışa çıxarılıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə elan saytlarında bildiriş yerləşdirilib.

Elanda otelin satış qiyməti 72 750 000 manat göstərilib.

Qeyd edək ki, sözügedən hotel “Gilan Holdinq”in tərkibindədir. Tbilisi prospektində yerləşən 18 mərtəbəli otelə 317 otaq, 9 yüksək komfortlu mənzil daxildir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər