Bu şəxslərin maaşı artırılacaq

11:35 - 20.06.2022


20 iyun, Fineko/abc.az. Hesablama Palatasının üzvlərinin təminatları dəyişir.

ABC.AZ APA-ya istinadən xəbər verir ki, bununla bağlı “Hesablama Palatası” haqqında qanuna dəyişiklik təklif edilir.

Layihəyə əsasən, Hesablama Palatasının sədri 3150 manat, Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.

Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Bütün xəbərlər