Qeyri-neft ÜDM-in nominal ifadədə 65,7 milyard manata qədər artacağı gözlənilir - Nazir

11:57 - 20.06.2022


20 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

ABC.AZ xəbər verir ki, maliyyə naziri Samir Şərifov iclasda çıxış edərək bu ilin sonuna Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının nominal ifadədə 115,4 milyard manata, real artım tempinin 5,5 %-ə çatacağını proqnozlaşdırdıqlarını açıqlayıb.

Nazir qeyd edib ki, o cümlədən qeyri-neft ÜDM-in nominal ifadədə 65,7 milyard manata qədər artacağı gözlənilir: “Həmin dövrdə Azərbaycanda orta illik inflyasiyanın 12,5 % səviyyəsində reallaşması gözlənilir".

Bütün xəbərlər