Beş ayda Rusiyanın Türkiyədə 347 şirkəti qeydiyyata alınıb

12:12 - 20.06.2022


20 iyun, Fineko/abc.az. 2022-ci ilin yanvar-may aylarında Türkiyədə Rusiya kapitalı ilə 347 şirkət qeydiyyata alınıb.

ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 278 şirkət çoxdur.

Hesabat dövründə qeydiyyata alınan Rusiya şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb.

Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 203,1 milyon lirə olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 32,9 milyon lirə təşkil edib. 2022-ci ilin yanvar-may aylarında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (248) qeydiyyata alınıb. İstanbulda qeydiyyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 52,4 milyon lirəs təşkil edib.

Bütün xəbərlər