Türkiyəyə gələn turistlərin sayı 308,48% artıb

20.06.2022,14:11


20 iyun, Fineko/abc.az. May ayında xarici turistlərin sayı pandemiyadan əvvəlki səviyyədən cüzi də olsa geridə qalıb.

ABC.AZ Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, 2022-ci ilin may ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı əvvəlki ilin eyni ayına nisbətən 308,48% artıb.

Ümumi bağlanmanın olduğu 2021-ci illə müqayisədə turistlərin sayı 300 faizdən çox artsa da, 2019-cu ilin eyni ayı ilə müqayisədə 4,9 faiz azalıb.

2022-ci ilin yanvar-may aylarında Türkiyəyə  gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 207,1 faiz artıb.

2022-ci ilin may ayında ən çox ziyarətçi göndərən ölkələr siyahısında Almaniya 12,94 faiz və 494 min 929 nəfərlə birinci, İngiltərə 10,33 faiz və 395 min 056 nəfərlə ikinci, Rusiya Federasiyası isə 9,48 faiz və 362 min 676 nəfərlə üçüncü olub.