Bakıda daşınmaz əmlak bazarında qiymətlər necədir?

15:27 - 20.06.2022


20 iyun, Fineko/abc.az. Bu ilin may ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər aprel ayına nisbətən 1,46 %, illik müqayisədə isə 0,83 % azalıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, paytaxtda təkrar mənzillərin qiyməti ay ərzində (1 kvadrat metrə görə daimi struktur ilə orta qiymət) 1,83 % artıb, il ərzində isə 3,81 % azalıb.

İlkin mənzil bazarında isə qiymətlərdə (1 kvadrat metrə görə ) öncəki ayla müqayisədə 0,07 % azalma, il ərzində 9,38 % artım müşahidə edilib. Mənzillərin kirayəsi bazarında qiymətlərdə ay ərzində (1 kvadrat metrə görə) 1,97 %, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 4,89 % azalma qeydə alınıb.

Bütün xəbərlər