“OBA Market” MMC məhkəməyə verildi - Cərimə ediləcək

16:03 - 20.06.2022


20 iyun, Fineko/abc.az. “OBA Market” MMC məhkəməyə verilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, buna səbəb İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.

Belə ki, “OBA Market” barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib olunub. İş hakim Anar Rzayevin icraatına verilib.

Xatırladaq ki, həmin maddəyə əsasən qaydaların tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Bütün xəbərlər