Bu evlərə tələbat artır - Səbəblər

20.06.2022,16:16


20 iyun, Fineko/abc.az. Yay tətili mövsümünün başlaması ilə əlaqədar Bakıətrafı kəndlərdə, dənizə yaxın ərazilərdə bağ evlərinə tələbat artır.

ABC.AZ xəbər verir ki, hazırda dənizkənarı yerlərdə ən bahalı torpaq və kirayəlik evlər Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh və Novxanıdadır.

Ən çox üstünlük verilən bağ evləri həyətində hovuzu olanlardır. Belə evlərin ikiaylıq kirayəsi təmirindən, otaq sayından aslı olaraq yay mövsümündə azı 3 500 manatdan yuxarı olur.

Həyətində hovuzu olan evin qiyməti həmişə bahadır.

Ötən il Abşeron çimərliklərinin yaxınlığındakı bağlara tələb dəfələrlə çoxalmışdı. Belə ki, gücləndirilən karantin məhdudiyyətləri insanları şəhər mənzillərindən kənar yerlərə getməyə məcbur edirdi.