Deputatların maaşı artırıldı

14:53 - 21.06.2022


21 iyun, Fineko/abc.az. Azərbaycanda Milli Məclisin deputatlarının maaşı artırılır.

ABC.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayıklıb.

Yeni qərara əsasən, Milli Məclisin sədri 3550 manat miqdarında aylıq vəzifə maaşı alacaq. Qeyd edək ki, buna qədər spiker 2475 manat maaş alırdı.

Qərara əsasən Milli Məclis sədrinin birinci müavini 3195 AZN, Milli Məclis sədrinin müavini - 3017 AZN, Milli Məclisin komitə və komissiya sədri - 2840 AZN, Milli Məclisin komissiya sədrinin müavini - 2662 AZN, Milli Məclisin deputatı 2485 AZN miqdarında aylıq vəzifə maaşı alacaq.

 

Bütün xəbərlər