Smartfonlardan imtina ediləcək - Proqnozlar

17:13 - 21.06.2022


21 iyun, Fineko/abc.az. “Nokia”nın baş direktoru Pekka Lundmark 6G mobil şəbəkələrinin onilliyin sonuna qədər işə düşəcəyini gözləyir, lakin o, smartfonun o dövrdə ən populyar interfeys (iki elementin qarşılıqlı təsirini təmin edən qovuşma nöqtəsi-red.) olaraq qalacağını düşünmür.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki,   ekspertlər iddia edir ki, 2030-cu ildən etibarən istifadəçilər digər cihazların xeyrinə telefonlarından imtina etməyə başlayacaqlar.

“Bu gün bildiyimiz smartfon mütləq artıq ən geniş yayılmış interfeys olmayacaq, - Lundmark deyib. - Bir çox cihaz birbaşa bədənimizə qurulacaq”.

“Nokia”nın rəhbəri hansı cihazları nəzərdə tutduğunu açıqlamayıb, lakin bəzi şirkətlər, məsələn, İlon Maskın “Neuralink”i artıq beyinə implantasiya oluna bilən, kompüterlər və digər insanlarla ünsiyyət qurmaq üçün istifadə oluna bilən elektron cihazların yaradılması üzərində işləyir.

 

 

Bütün xəbərlər