"ADY" “Karat Holdinq”i məhkəməyə verib - 100 min manat tələb edir

10:14 - 22.06.2022


22 iyun, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları" ölkənin tanınmış un istehsalçısı olan “Karat Holdinq”i məhkəməyə verib.

ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, tərəflər arasında öhdəliklərlə bağlı problem yaranıb.

Belə ki, stansiya xidmətlərinə görə yığımların tutulması baxımından ADY “Karat Holdinq” tərəfindən 103 076 manat ziyana düşdüyünü iddia edib.

İddia Bakı Kommersiya Məhkəməsində icraata götürülüb. İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

Mediada yayılan məlumatlarda "Karat Holding"in sabiq deputat Əsabil Qasımova məxsus olduğu deyilir. Hazırda şirkətə onun qohumu İqdam Umudov rəhbərlik edir.

Xatırladaq ki, Azərbaycan Dəmir Yollarına 7 il rəhbərlik etmiş Cavid Qurbanov ötən ay vəzifəsindən azad edilib.

Bütün xəbərlər