“MİDA” MMC 2 şəhərdə kommunikasiya şəbəkəsinin tikintisinə böyük məbləğ xərcləyir

11:29 - 22.06.2022


22 iyun, Fineko/abc.az. “MİDA” MMC Enerji Qrup MMC, Yar İnşaat Təmir Tikinti MMC konsorsium ilə 9 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqaviləyə əsasən, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində və Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha ərazidə çoxmənzilli yaşayış binalarının sahəxarici və sahədaxili kommunikasiya (elektrik təchizatı və su-kanalizasiya) şəbəkəsinin tikintisi, ərazinin şaquli planlaşdırılması, yollar və səkilər, abadlaşdırma işləri nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 9 013 889 manatdır.

Bütün xəbərlər