Aqil Abbas kasıb deputatların adlarını açıqladı - Xəbəriniz yoxdur deputatların vəziyyətindən

12:18 - 22.06.2022


22 iyun, Fineko/abc.az. Milli Məclisin deputatlarının əməkhaqlarının artırılması cəmiyyətdə birmənalı qarşılanmayıb. İnsanların aqressiv münasibəti millət vəkillərini də narahat edib.

ABC.AZ xəbər verir ki, deputat Aqil Abbas mediaya açıqlamasında bəzi deputatların kasıb olduğunu, maaşın onlara yetmədiyini deyib:

“Əslində heç maaşımızın nə qədər artdığını da bilmirəm. Bu dəqiqə 40 deputat adı çəkərəm ki, yetimlər kasıblıqla dolanır. İndi sadəcə olaraq topu ötürürlər ki, deputatları söysünlər”. Aqil Abbas bununla bağlı İndex.az-ın soğrusunu cavablandırıb. Bu dəfə hətta 45 belə deputat adını çəkə biləcəyini iddia edib: “45-nin adını çəkərəm. Tahir Kərimli, Razi Nurulayev, Fazil Mustafa, Nizami Cəfərov, Anar Məmmədov. Onlar çoxdu, hamısını saya bilmərəm ki. Xəbəriniz yoxdu, deputatların vəziyyətindən”.

Bütün xəbərlər