“Azərsığorta” şirkəti son 5 ayda 10 milyon manatdan çox ödəniş edib

16:22 - 22.06.2022


22 iyun, Fineko/abc.az. “Azərsığorta” Dövlət Sığorta Şirkəti cari ilin yanvar-may ayları üzrə həyata keçirdiyi sığorta ödənişlərinin həcmini açıqlayıb.

Şirkətdən ABC.AZ-a daxil olan məlumata görə, 2022-ci ilin yanvar-may aylarında Şirkətin müxtəlif sığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitlərin ümumi həcmi 10 410 339 manat təşkil edib.

Qeyd edək ki, hesabat dövründə sığorta ödənişi alan müştərilərin sayında artım müşahidə olunub. Belə ki, cari ilin yanvar ayı ərzində 1772 müştəriyə sığorta ödənişi verilmişdirsə, may ayında bu rəqəm 269 nəfər və ya 15,2% artaraq 2041 nəfərə çatıb. Ümumilikdə, cari ilin yanvar-may aylarında “Azərsığorta” şirkəti tərəfindən 10311 müştəriyə sığorta ödənişi verilib.

Bütün xəbərlər