Xaricə ixrac olunan meyvə-tərəvəzin həcmi azaldı - Dəyəri isə artdı

16:33 - 22.06.2022


22 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 219 242,95 min ABŞ dolları dəyərində 192 263,4 ton meyvə-tərəvəz ixrac edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin yanvar-may ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 6,3% artıb, həcmi isə 10,1% azalıb.

Qeyd edək ki, ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.

Bütün xəbərlər