Neftin qiyməti azalır, Brent - barrel başına $109,73 təşkil edir

09:30 - 23.06.2022


23 iyun, Fineko/abc.az. Etalon markaların qiymətləri cümə axşamı ticarətində azalmağa davam edir.

Saat 09:13-də London ICE Futures birjasında Brent neftinin avqust fyuçerslərinin $2,01 (1,80%) - barrel başına $109,73-ə qədər ucuzlaşıb. 22 iyun ticarətinin nəticələrinə görə, Brent neftinin avqust fyuçersi $2,91 (2,54%) - barrel başına $111,74-ə düşdü.

Saat 09:14-də Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin avqust fyuçersləri $2,11 (1,99%) - barrel başına $104,08-ə azalmışdır. 22 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin avqust fyuçersləri $3,33 (3,04%) - barrel başına $106,19-a düşdü.


Bütün xəbərlər