Pensiyalar artırılacaq - Komitə sədri açıqlama verib

23.06.2022,10:15


23 iyun, Fineko/abc.az. Pensiya və müavinətlər artırıla bilər. Çünki Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri artırılır.

ABC.AZ xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında" qanuna dəyişikliyi şərh edən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, büdcədəki artım öncə pensiyalara öz təsirini göstərəcək.

Millət vəkili uşağın anadan olmasına görə müavinətin məbləğinin artırılmasına da diqqət çəkib. Təklif olunan dəyişikliklər nəzərə alınaraq, İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsinin gəlir və xərclərinin də 1 milyon manat artırılması nəzərdə tutulur. Bu artım əsasən ictimai işləri yerinə yetirənlərə yönəldiləcək.