Ölkədə sosial kartların sayı 15 min ədəd azalıb - Hesabat

23.06.2022,10:59


23 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı ilk dəfə 12 milyon ədədi keçib.

ABC.AZ-ın məlumatına görə, 2022-ci ilin ilk 5 ayında ödəniş kartlarının sayı 979 min ədəd artıb, o cümlədən sosial kartların sayı 15 min ədəd azalıb, əməkhaqqı kartlarının sayı 59 min ədəd, digər debet kartlarının sayı 805 min ədəd, kredit kartlarının sayı isə 131 min ədəd artıb.