Kartlarla nağdsız ödənişlərin həcmi 151 milyon manat artıb

11:53 - 23.06.2022


23 iyun, Fineko/abc.az. 2022-ci ilin may ayında Azərbaycanda ödəniş kartları ilə nağdsız ödənişlərin həcmi 1 milyard 810 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, nağdsız ödənişlərin həcmi aprel ayı ilə müqayisədə (1 milyard 659 milyon manat) 151 milyon manat və ya 9,1% artıb. 2022-ci ilin ilk 5 ayında ödəniş kartları ilə ölkə daxilində nağdsız ödənişlərin həcmi 7 milyard 842 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. 2021-ci ilin ilk 5 ayında ölkə daxilində nağdsız ödənişlərin həcmi 3 milyard 497 milyon manat təşkil etmişdi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər