Valyuta hərracında banklar tələbi 25,4% azaldıb

12:41 - 23.06.2022


23 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, iyunun 23-də keçirilən valyuta hərracında $40,3 mln satılıb. Bu, ötən hərracda olduğundan $13,7 mln (25,37%) azdır.

"Banklar tərəfindən valyuta hərracında tələb $40,3 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər