Neft bahalaşır, Brent barrel başına $110,16 təşkil edir

24.06.2022,09:20


24 iyun, Fineko/abc.az. Etalon markaların qiymətləri iki günlük düşmədən sonra cümə günü ticarətdə artmaqdadır.

Saat 09: 10-da London ICE Futures birjasında Brent neftinin avqust fyuçersləri $0,11 (0,10%) - barrel başına $110,16-a qədər bahalaşıb. 23 iyun ticarətinin nəticələrinə görə, Brent neftinin avqust fyuçerslərinin qiyməti $1,69 (1,51%) - barrel başına $110,05-ə düşdü.

Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində saat 09:11-də WTI  neftinin avqust fyuçersləri $0,32 (0,31%) - barrel başına $104,59-ə yüksəldi. 23 iyun ticarətinin nəticələrinə görə, avqust ayı üçün WTI neftinin fyuçers qiyməti $1,92 (1,81%) - barrel başına $104,27-ə düşdü.